Bayram günlərində ölkədaxili sərnişin qatarları 29 mindən çox sərnişin daşıyıb

Bayram günlərində ölkədaxili sərnişin qatarları 29 mindən çox sərnişin daşıyıb
14:47 7 Yanvar 2020
50 Digər
Ölkə mətbuatı
A- A+

Sərnişindaşımaya olan təlabatın artdığını nəzərə alaraq, dekabrın 27-dən bu günə qədər ölkədaxili və Bakı-Tbilisi-Bakı sərnişin qatarlarına əlavə vaqonlar qoşulub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Məlumata görə, bayram günlərində ölkədaxili sərnişin qatarları 29 203 sərnişin daşıyıb. Onlardan 9 074-ü Bakı-Gəncə-Bakı sürət elektrik qatarı ilə hərəkət edib. Sərnişinlərin mənzil başına rahat, təhlükəsiz çatması üçün müvafiq tədbirlər görülüb, süni qiymət artımına imkan vermədən maneəsiz gediş-gəliş təmin olunub. 
İstirahət günlərində beynəlxalq marşrut üzrə daha çox tələbat Bakı-Tbilisi-Bakı qatarına olub. Həmin müddətdə beynəlxalq sürət qatarına sxemdən əlavə 71 vaqon qoşulub və 7 608 sərnişin daşınıb. Əgər adi günlərdə Bakıdan və Tbilisidən orta hesabla 200 sərnişin daşınırdısa, bayram günlərində bu rəqəm 957 nəfər təşkil edib. Yanvarın 5-də isə qatar vasitəsilə Tbilisidən ölkə ərazisinə 728 nəfər gəlib. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bayramda-olkedaxili-sernisin-qatarlari-29-minden-cox-sernisin-dasiyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR