Sürücünü bıçaqla hədələyib maşınını əzdi

Sürücünü bıçaqla hədələyib maşınını əzdi
16:42 7 Yanvar 2020
54 Ölkə
Ölkə mətbuatı
A- A+

F.X.Xoyski küçəsində "Toyota" markalı avtomobilin sürücüsü Bakı şəhər sakini T. Baxşıyevi bıçaqla hədələyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 5-də saat 23 radələrində qeydə alınıb.

Həmin şəxs T. Baxşıyevin "Mercedes" markalı avtomobilini təpiklə əzib, habelə idarə etdiyi nəqliyyat vasitəsilə avtomobili vuraraq hadisə yerini tərk edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində insidenti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/815926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR