Avstriyada yeni hökumət formalaşıb

Avstriyada yeni hökumət formalaşıb
17:22 7 Yanvar 2020
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Avstriyada yeni kansler Sebastyan Kurtsun hökuməti and içib.

Trend-in məlumatına görə, andiçmə mərasimi ölkə prezidenti Aleksander van der Bellenin işlər idarəsində baş tutub.

Mərasimdən əvvəl prezident Avstriyanın ilk qadın kansleri Brigitte Birlyanın rəhbərlik etdiyi müvəqqəti hökumətin istefasını qəbul edib.

Qeyd edək ki, bu, S.Kurtsun rəhbərliyi altında ikinci hökumət olacaq. Bundan əvvəl Sebastyan Kurts 2017-ci ilin dekabrından 2019-cu ilin mayınadək kansler olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3173766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR