Gömrükdə papiros və tibbi ləvazimatlar aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Mitsubishi L 200", "QAZ-3110" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

DGK-dan Metbuat.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən və vətəndaşlardan birinə məxsus idman çantasının içərisindən gömrük nəzarətindən gizlədilən 1536 ədəd "Belomorkanal" və "Boqatıri" adlı papiroslar, 15 adda 3506 ədəd tibbi-stomatoloji ləvazimatlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR