Avstraliyadakı meşə yanğını planetimiz üçün böyük təhlükədir

Avstraliyadakı meşə yanğını planetimiz üçün böyük təhlükədir
19:22 7 Yanvar 2020
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Avstraliyada baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində milyonlarla canlının həyatını itirməsi ekosistemin kəskin şəkildə pozulmasına gətirib çıxarıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə bildirib.

R.Səttarzadə deyib ki, son illərdə dünyada baş verən meşə yanğınları insan tələfatı, minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir. Qlobal iqlim dəyişmələri və antropogen fəaliyyətin güclənməsi nəticəsində meşələr, flora və fauna bir anda məhv olur.

Onun sözlərinə görə yüz milyonlarla fauna və floranın məhvinə gətirib çıxaran bu yanğın, təkcə bir ərazi üçün deyil, planet üçün böyük təhlükədir:

"Ümid edirik ki, tez bir zamanda yanğının qarşısı alınacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/815986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR