Tofiq Musayev: "Artıq mənə UFC-dən təkliflər var" - FOTO

Tofiq Musayev: "Artıq mənə UFC-dən təkliflər var" - FOTO
19:32 7 Yanvar 2020
100 İdman
Ölkə mətbuatı
A- A+

Bu qələbə tək mənim yox, Azərbaycan xalqının qələbəsidir. İnşallah, bundan sonra səsimiz daha uca yerlərdən gələcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri "Rizin 20" turnirinin qalibi olan MMA döyüşçüsü Tofiq Musayev deyib.

Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-Prinin yüngül çəkisində güclü olan T.Musayev dünya reytinqində 13-cü sıradadır. Musayev bir nömrəli MMA turniri UFC-dən təklif aldığını bildirib:

"Təbii ki, finalda məğlub etdiyim Patriki Freyre ilə revanşa hazıram. Hələ ki, revanş istəyi olmayıb. Olsa, qəbul edərəm. 

İlk dəfə burada açıqlayıram ki, artıq bizə UFC-dən bizə təkliflər var. Ancaq bəzi maddi və mənəvi məsələlərə görə bu barədə fikirləşmək lazımdır. Çünki "Rizin"də kəməri qorumaq da lazım gələcək. 

Həm də hazırda məndə dopinq nəzarət gedir. Cavablar 20-25 günə bəlli olacaq. Bütün bunlardan sonra UFC məsələsi barədə məsələlər dəqiqləşəcək.

Hazırda əlimin sağalması üçün klubumuz tərəfindən həkimlərlə işlər aparılır. Bildiyiniz kimi, yarımfinalda sağ əlim qırılmışdı.

Mənim tək uğurumun səbəbi, gecəsini gündüzə qatan şəxsi məşqçim Ruslan Əfəndiyevdir. Uğurlarıma görə ona borcluyam".

T.Musayevin şəxsi məşqçisi Ruslan Əfəndiyev isə bildirib ki, bu ilk hal deyil ki, idmançı sınıq əllə yarışa çıxır. O daha əvvəl də yetirməsinin bu formada döyüşə çıxaraq qalib gəldiyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/815971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR