Rusiya prezidenti Vladimir Putin gözlənilmədən Suriyaya səfər edib.
Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitriy Peskov açıqlama verib. O bildirib ki, Rusiyanın Dəməşqdə yerləşən hərbi bazasında Putin suriyalı həmkarı Bəşər Əsədlə görüşüb. Dövlət başçılarına Suriyanın müxtəlif bölgələrindəki vəziyyətlə bağlı hesabatlar təqdim olunub. İdlibdəki vəziyyət nəzərdən keçirilib.
Görüş zamanı bölgədəki son vəziyyət müzakirə olunub. Məlumata görə, Putin Suriyada bəzi məntəqələrə baş çəkəcək.
Anar Türkeş