PSJ-yə qarşı onlar oynadılar - Santexnik, elektrik, kuryer...

PSJ-yə qarşı onlar oynadılar - Santexnik, elektrik, kuryer...
19:37 7 Yanvar 2020
84 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin ötən bazar Fransa kubokunda 1/16 final mərhələsində 6:0 hesabı ilə qalib gəldiyi "Lina-Monleri" klubu ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Paris təmsilçisinə qarşı oynayan Fransa altıncı liqa klubunun futbolçularının əksəriyyətinin başqa peşə sahibləri olduğu məlum olub. Fransanın ən güclüsünə qarşı matçda meydana əczaçı, santexnik, elektrik  və kuryer çıxıb.

Komandanın baş məşqçisi Stefan Kaprellinin isə 45 ildir PSJ azarkeşi olduğu bəlli olub. O, klubun   abunəçisi olduğunu etiraf edib: "52 yaşım var, 6 yaşımdan PSJ azarkeşiyəm. İl boyu dəstəklədiyim futbolçuların oyunçularıma qarşı oynaması bir az qəribədir.

Məşqçi hətta Zlatan İbrahimoviç PSJ-də oynadığı dönəmdə pişiyinə onun adını qoyub:  "Arvadım bir pişik istədi, uzun müddət razılaşmadım. Dediləri ki, adı özüm seçəcəyəm. İbrahimoviçin PSJ-də oynadığı dövr idi, buna görə pişiyi Zlatan adlandırdım".

Qeyd edək ki, "Lina-Monleri"nin PSJ ilə ev oyununu 15 min azarkeş izləyib. Bu isə həvəskar liqası təmsilçisi üçün yüksək rəqəmdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/815861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR