Burak Yılmaz: "Avropa çempionatında qrupumuz olduqca çətindir"

Burak Yılmaz: "Avropa çempionatında qrupumuz olduqca çətindir"
19:52 7 Yanvar 2020
69 Digər
Ölkə mətbuatı
A- A+

"Avropa çempionatında qrupumuz olduqca çətindir. Hər kəs asan olduğunu söyləyir. Amma çətinliyi çox olan qrupdur. Bu qrupda hər şey ola bilər. Biz özümüzə inanırıq".
"Report" "haberler.com" saytına istinadən xəbər verir ki, bu fikirləri Türkiyə yığmasının futbolçusu Burak Yılmaz AVRO-2020-dəki şanslarından danışarkən deyib.
Püşkə əsasən, "ay-ulduzlular" Avropa çempionatında İtaliya, İsveçrə və Uelslə birgə A qrupunda yer alıblar. Hazırda "Beşiktaş" klubunda çıxış edən 35 yaşlı hücumçu qrupdan çıxacaqlarına inandıqlarını bildirib: "Tək ürək olduqda nələr edə biləcəyimizi göstərdik. Amma milli komanda barədə danışmaq çox tezdir. Hazırda yaxşı ab-hava var. İnanıram ki, bu, belə də qalacaq".
Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/burak-yilmaz-avropa-cempionatinda-qrupumuz-olduqca-cetindir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR