SON DƏQİQƏ: Qardaş ölkə dəhşətli partlayışla sarsıldı - Çox sayda ölü və yaralı var (VİDEO)

SON DƏQİQƏ: Qardaş ölkə dəhşətli partlayışla sarsıldı - Çox sayda ölü və yaralı var (VİDEO)
20:08 7 Yanvar 2020
161 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanın Kvetta şəhərində insanların sıx olduğu ərazidə terror aktı törədilib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, güclü partlayış nəticəsində azı 3 nəfər həlak olub. Aralarında hərbçilər də olmaqla 20-yə qədər yaralı var. Polisin məlumatına görə, hücum minalanmış motosikletin partladılmasıyla törədilib. Bildirilir ki, hadisə hərbçilərin olduğu avtomobilin yaxınlığında baş verib. Partlayışın təsirindən yaxınlıqdakı tikililərə ciddi ziyan dəyib.

Güman edilir ki, terrorçuların hədəfinə əsgərlər olub. Terror aktından sonra şəhərin mərkəzinə əlavə təhlükəsizlik əməkdaşları cəlb olunub. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/301245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR