Skoda Çin bazarında satılan rapid modelini də yeniləyib - FOTO

Skoda Çin bazarında satılan rapid modelini də yeniləyib - FOTO
22:32 7 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bir müddət bundan öncə, Rusiya bazarı üçün nəzərdə tutulmuş Skoda Rapid modelinin yeniləndiyi barədə xəbər vermişdik. Lakin, sanmayın ki, Rapid modeli yalnız Rusiyada satılır. Məlum məsələdir ki, Çin kimi nəhəng bazarıçexlər yaddan çıxara bilməzdilər. Bu günlərdə çex istehsalçısı bu bazar üçün hazırladığı yenilənmiş Rapid modelinin eskizlərini dərc edib.

İş orasındadır ki, Rusiya bazarında satılan Rapid liftbek olsa da, onun çinli "əkizi" sedan kuzovuna malikdir. Üstəlik, çinlilər sedanla yanaşı Rapid Spaceback hetçbekini almaq imkanına da malikdirlər. Rus və çin verisyaları da restaylinqdən sonra rəsmi olaraq yeni nəsil adlandırırlar. Hər iki model Avropada satılan Scala modelinin üslubunda zahiri görkəmə malik olsalar da, müəyyən detallar ilə fərqlənirlər: buraya radiator barmaqlığı, işıq texnikası və bamperlər daxildirlər.

Milli.Az autograph.az-a istinadən bildirir ki,salondakı fərqlər daha çoxdur. Rusiyada satılan Rapid modelində  salondakı yeniliklər Scala modelinin üslubunda olsa da, çin versiyasının ön paneli, qapı xəritələri və sükan çarxı əvvəlki kimi qalıb. Yeganə dəyişiklik multimedia sisteminin iri sensorlu displeyidir.   

Çində satılan Skoda Rapid modeli əvvəlki kimi 110 at qüvvəli 1,5-litrlik mühərriklə təchiz ediləcəkdir. Güc aqreqatı 6-pilləli mexaqniki və 6-diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR