Mi Watch Color 115 dollara qiymətləndirilir

Mi Watch Color 115 dollara qiymətləndirilir
23:17 7 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

"Xiaomi" şirkəti yeni ağıllı saatını - "Mi Watch Color"u yaxın vaxtlarda təqdim edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeniliyin şəkilləri sosial şəbəkələrdə yayılıb, satış qiyməti barədə qeyri-rəsmi məlumatlar verilib.

İnsayderlərə inansaq, "Mi Watch Color" satışa 115 dollara çıxarılacaq.

Bu halda sözügedən saatın büdcə variantlı olduğunu söyləmək olar. Çünki bu cür cihazların əksəriyyəti 150 dollardan başlayan qiymətlərlə satışa çıxarılır.

"Mi Watch Color"da 1,39 düym ölçülü ekran, 420 mAs batareya və NFC modulu olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/815641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR