Xərçəng müalicəsində yeni addım

Xərçəng müalicəsində yeni addım
23:27 7 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Alimlər, xərçəngdə müəyyən genləri hədəfləyə biləcək yeni dərmanlar yaratmaq yolunda əhəmiyyətli bir addım atdı.

Elm insanları, gen tənzimləmə texnologiyasını istifadə edərək, xərçəng hüceyrələrinin həyatda qalmaq üçün ehtiyac duyduqları müəyyən genləri tək-tək bağlayaraq təyin etdilər. Bu da genlərin, yeni nəsil dərmanlarla hədəflənə biləcəyi mənasını verir.

Dünyanın ən müasir gen araşdırma mərkəzi Velkom Sanger İnstitutuyla Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutunun (MIT) Broad İnstitutundan qruplar tərəfindən aparılan araşdırmalar, 25 fərqli növdən xərçəngli xəstədə inkişaf edən 725 ayrı xərçəng hüceyrəsi silsiləsində təcrübələr keçirdi.

İki təşkilat daha sonra nəticələri müqayisə etdi və təcrübələrin uyğunlaşdığını tapdı. İki təşkilatın məlumat bazaları, indiyə qədər tamamlanmış olan xərçəng hüceyrəsi silsilələrinin ən böyük genetik ekranını meydana gətirmək üçün inteqrasiya edilə bilər.

Nature Communications dərgisində nəşr olunan araşdırmada, bu birləşmiş məlumatın yeni xərçəng dərmanlarının kəşfini və inkişafını sürətləndirməyə köməkçi olacağı ifadə edildi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/815937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR