SON DƏQİQƏ: İran Süleymaninin qisasını BELƏ ALDI - ABŞ təyyarəsi məhv edildi / VİDEO

SON DƏQİQƏ: İran Süleymaninin qisasını BELƏ ALDI - ABŞ təyyarəsi məhv edildi / VİDEO
08:03 8 Yanvar 2020
88 Ölkə
Ölkə mətbuatı
A- A+

İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, ABŞ-ın İraqdakı aviabazasına raket zərbəsi endirib.

Publika.az xəbər verir ki, İran tərəfindən raket atəşinin gedişatında ABŞ-ın Hərbi Hava Qüvvələrinin təyyarəsi İraqın "Ayn-al-Asad" bazasında uçuş-enmə zolağında məhv edilib.

Bu barədə "Al-Mayadin" telekanalı bildirib.

"Bazanın Amerika hissəsində, uçuş-enmə zolağında təyyarələrdən birinin məhv edilməsi təsdiqlənib", - deyə telekanal bildirib.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri İraqdakı hərbi bazaya azı 35 zərbə endirib. Bu barədə isə “Tasnim” agentliyi xəbər verib.

"Hazırda İraqda "Ayn-al-Asad" bazasına azı 35 dəfə hücüm edilib", - məlumatlı mənbəyə istinadən agentlik xəbər verib.//Report.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida/301271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR