Karate üzrə milli komandamız yeni mövsümdə mübarizəyə başlayır

Karate üzrə milli komandamız yeni mövsümdə mübarizəyə başlayır
14:29 8 Yanvar 2020
75 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Karate üzrə böyüklərdən ibarət əsas milli komandamız 2020-ci il mövsümündə mübarizəyə başlayır.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, qadın komandasının lideri İrina Zaretska (-68 kq) 10-12 yanvar tarixlərində Çilinin paytaxtı Santyaqoda Karate1 Seriya A turnirində iştirak edəcək. Dünya və Olimpiya reytinqinin birincisi İ.Zaretskanı Cənubi Amerikada qadınların baş məşqçisi Denis Morozov müşayiət edəcək.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirinə 65 ölkədən 466 karateçi qatılacaq. Yarışın hər mərhələsi idmançılara olimpiya reytinq xalları qazandıracaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3174243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR