ABŞ-İran müharibəsindən sonra İsrail HƏRƏKƏTƏ KEÇDİ

ABŞ-İran müharibəsindən sonra İsrail HƏRƏKƏTƏ KEÇDİ
14:33 8 Yanvar 2020
73 Digər
Ölkə mətbuatı
A- A+

İsrail Təhlükəsizlik Şurası ABŞ ilə İran arasında artan gərginliyi müzakirə etmək üçün fövqəladə iclas keçirəcək.

Publika.az İsrailin “Kanal 13” telekanalına istinadən xəbər verir ki, Baş nazir Benyamin Netanyahunun rəhbərliyi ilə baş tutacaq toplantıda bölgədəki son proseslərlə bağlı şura üzvlərinə məlumat veriləcək.

ABŞ-ın Qüdsdəki səfirliyindən verilən açıqlamada ABŞ vətəndaşlarının İranın ehtimal edilən hər cür hücumuna qarşı ayıq-sayıq olması bildirilib.

Qeyd edək ki, ötən gecə İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı Eyn əl-Əsəd hərbi hava bazasına ballistik raketlərlə hücum etmişdi. ABŞ Müdafiə Nazirliyi faktı təsdiqləmişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/301321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR