Oliver Kan "Bavariya"ya qayıdıb

Oliver Kan "Bavariya"ya qayıdıb
15:12 8 Yanvar 2020
36 Digər
Ölkə mətbuatı
A- A+

Almaniya "Bavariya"sının əfsanəvi qapıçısı Oliver Kan yenidən doğma komandasına qayıdıb.
"Report"un Münhen təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 50 yaşlı sabiq qolkiper İdarə Heyətinə üzv seçilib. Kan qarşıdakı iki il ərzində İdarə Heyətinin sədri Karl-Haynts Rummeniggeyə kömək edəcək.
Təyinatı ilə bağlı danışan Kan "14 il "Bavariya"da oynamışam. Bu, çox gözəl və emosional dövr idi. Belə gözəl vaxtdan sonra komandadan ayrılmaq və bunu unutmaq mümkün deyildi. Təklif gələndə çox düşünmədim. Uğuru və qələbələri davam etdirmək istəyirəm" deyib.
Qeyd edək ki, "Bavariya"da 1994 - 2008-ci illərdə çıxış etmiş Oliver Kan 429 görüşdə komandasının qapısını qoruyub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/oliver-kan-bavariya-ya-qayidib1436

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR