Bakıda iki nəfər bıçaqlandı, biri öldü

Bakıda iki nəfər bıçaqlandı, biri öldü
15:17 8 Yanvar 2020
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Z.Əkbərov və A.Tağıyevin bıçaqlanmaları müəyyən edilmiş və cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Binnətov və V.Babayev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, yanvarın 5-də Bakı şəhər sakinləri Z.Əkbərov və Anar Tağıyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi və A.Tağıyevin orada ölməsi barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla onların həmin gün saat 1 radələrində E.Babayev küçəsində münaqişə zəminində bıçaqlanmaları müəyyən edilib.Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Binnətov və V.Babayev saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/816186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR