“Silk Way Holding”in yeni yaradılmış şirkəti ləğv olunur

“Silk Way Holding”in yeni yaradılmış şirkəti ləğv olunur
16:37 8 Yanvar 2020
45 Digər
Ölkə mətbuatı
A- A+

“Silk Way Holding” MMC-yə daxil olan “ASG Servis” MMC holdinqin digər şirkəti - "Silk Way Business Aviation" MMC-yə qoşularaq ləğv olunduğunu elan edib.
“Report” bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay müddətində tələblərini Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı Karqo Terminalına bildirə bilərlər.
Maraqlıdır ki, “ASG Servis” ötən il dekabrın 24-də dövlət qeydiyyatına alınıb. Ləğv olunan şirkətin nizamnamə kapitalı 105,611 milyon manat, qanuni təmsilçisi isə Zaur Nəsirovdur. O, həm də “Silk Way Holding”ə daxil olan “İpək Yolu Sığorta” ASC-nin Təftiş Komissiyasının sədridir. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/silk-way-holding-in-yeni-yaradilmis-sirketi-legv-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR