Prezident: "Şəhərətrafı dəmir yolu nəqliyyatı yeni mərhələyə qədəm qoyur"

Prezident: "Şəhərətrafı dəmir yolu nəqliyyatı yeni mərhələyə qədəm qoyur"
16:57 8 Yanvar 2020
45 Digər
Ölkə mətbuatı
A- A+

"Nəqliyyat infrastrukturuna xüsusi diqqət verilməlidir. Son illər ərzində köçürülmələr aparılan bir çox yerlərdə müasir nəqliyyat qovşaqları yaradılır, küçələr genişləndirilir".
“Report” xəbər verir ki, bunu Prezident İlham ƏliyevDövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin etdiyi Anar Quliyevi qəbul edərkən deyib. 
Prezidentin sözlərinə görə, yenə də keçmişdə “Sovetski” adlandırılan əraziyə qayıdıram, orada küçələrin eni iki metrdən çox deyildi: “İndi geniş xiyabanlar salmışıq. İndi yol hərəkəti nə qədər yüngülləşib. Nəqliyyat infrastrukturu təkcə avtomobil yollarından ibarət deyil. İndi bizim şəhərətrafı dəmir yolu nəqliyyatı yeni mərhələyə qədəm qoyur. Bu il artıq dairəvi hərəkət marşrutu da işə düşəcək. Bu da, əlbəttə, avtomobil yollarına düşən yükü azaldacaq. Ona görə şəhərsalma qaydaları, nəqliyyat infrastrukturu, digər kommunikasiyalar, memarlıq prinsipləri, Bakı şəhərinə uyğun memarlıq üslubunun qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və digər amillər daim diqqət mərkəzində olmalıdır”.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/seheretrafi-demir-yolu-neqliyyati-yeni-merheleye-qedem-qoyur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR