“Türk axını” qaz boru xəttinin açılış mərasimi keçirilir

“Türk axını” qaz boru xəttinin açılış mərasimi keçirilir
17:07 8 Yanvar 2020
43 Digər
Ölkə mətbuatı
A- A+

İlk xəbər saat 16:47-də verilib
Mərasimdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya təbii qazının Türkiyəyə ixracı 30 ildir həyata keçirilir. Onun sözlərinə görə, qaz ixracını illərdir fərqli kəmərlərlə həyata keçirirdik: “İndi isə “Türk axını” ilə yeni bir xətt əlavə ediləcək”. Rusiya Prezidenti bildirib ki,Türkiyə və Rusiya qarşıdakı illərdə həm enerji sahəsində, həm də digər sahələrdə ən iddialı layihələri gerçəkləşdirəcək: “Rusiya ilə Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə davam edir: “Türk axını”nın tikintisi rekord müddətdə tamamlanıb”. Putin bildirib ki, ilk xətdən gələn təbii qaz Serbiyanın qərbindən keçəcək: “İkinci xətt isə Türkiyə üzərindən Cənubi Avropaya Rusiya qazını ixrac edəcək”.
***
Rusiya təbii qazını Türkiyə və bu ölkə üzərindən Avropaya nəql edəcək “Türk axını” qaz boru xəttinin açılış mərasimi başlayıb.
“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, həmçinin Serbiya dövlət başçısı Aleksandr Vuçim və Bolqarıstan prezidenti Boyko Borisov da iştirak edirlər.
Xatırladaq ki, Azərbaycanı isə Energetika naziri Pərviz Şahbazov təmsil edir.
Qeyd edək ki, “Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. “Türk axını” qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi - Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd.kubmetrdir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/turk-axini-qaz-boru-xettinin-acilis-merasimi-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR