İcbari Sığorta Bürosu zərərlə işləməyə başlayıb

İcbari Sığorta Bürosu zərərlə işləməyə başlayıb
17:17 8 Yanvar 2020
40 Digər
Ölkə mətbuatı
A- A+

İcbari Sığorta Bürosu (İSB) 2018-ci ili 3,067 milyon manat zərərlə başa vurub. Halbuki, Büro 2017-ci ildən 546 min manat mənfəətlə çıxmışdı. 
"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir. 
Sənədə əsasən, 2018-ci ildə İSB-nin təqdim haqlarından gəliri 7,893 milyon manat (2017-ci ilə nisbətən 4,2% çox), kompensasiya xərci 644 min manat (20,6% az), kompensasiya üçün ehtiyatdakı dəyişiklikdən zərəri 3,955 milyon manat (əvvəlki il gəlir olub), xalis maliyyə gəliri 996 min manat (10,75% az), xarici valyuta mübadiləsi üzrə zərəri 434 min manat (əvvəlki il gəlir olub), sair gəliri 39 min manat (67,8% az), müddətli depozitlərin dəyərsizləşməsi üzrə gəliri 2,068 milyon manat (əvvəlki il zərər olub), qeyri-maddi aktivlərin dəyişməsi üzrə zərəri 531 min manat (29,2% az), ümumi və inzibati xərcləri 2,555 milyon manat (6,2% az), ağır şərtli müqavilələr üzrə ehtiyatdakı dəyişikliklərdən zərəri 468 min manat (63,1% az), mənfəət vergisi ödəmələri isə 5 476 milyon manat (əvvəlki il olmayıb) təşkil edib. 
2019-cu il yanvarın 1-nə İSB-nin aktivləri 36,464 milyon manat olub ki, bu da illik müqayisədə 1,1% çoxdur. Bunun 10,254 milyon manatı müddətli depozitlər (1 il əvvələ nisbətən 30,9% çox), 10,779 milyon manatı isə investisiya qiymətli kağızlarıdır (98,25% çox). 
Hesabat dövründə Büronun öhdəlikləri 45,8% artaraq 11,025 milyon manata çatıb, balans kapitalı isə 10,8% azalaraq isə 25,439 milyon manata düşüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/i-cbari-sigorta-burosu-zererle-islemeye-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR