Azərbaycan və Türkiyə bərpa olunan enerji sahəsində təcrübə mübadiləsinə dair məsləhətləşmələr aparıb

Azərbaycan və Türkiyə bərpa olunan enerji sahəsində təcrübə mübadiləsinə dair məsləhətləşmələr aparıb
19:27 8 Yanvar 2020
56 Digər
Ölkə mətbuatı
A- A+

Energetika naziri Pərviz Şahbazov “Türk axını” qaz kəmərinin açılış mərasimi çərçivəsində Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz ilə görüşüb.
Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə Türkiyədə qaza tələbatın ödənilməsində TANAP və “Türk axını” layihələrinin əhəmiyyəti qeyd edilib.
2019-cu ildə Türkiyəyə 27,3% çox Azərbaycan təbii qazının nəqli yüksək qiymətləndirilib. Söhbət zamanı ikitərəfli və regional enerji əməkdaşlığına dair məsələlər müzakirə edilib. Həmçinin bərpa olunan enerji sahəsində təcrübə mübadiləsinə dair məsləhətləşmələr aparılıb

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycan-ve-turkiye-enerji-sahesinde-meslehetlesmeler-aparir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR