Əli Əsədov Ukraynanın baş naziri və İranın birinci vitse-prezidentinə başsağlığı verib

Əli Əsədov Ukraynanın baş naziri və İranın birinci vitse-prezidentinə başsağlığı verib
19:47 8 Yanvar 2020
56 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Baş Naziri Əli Əsədov Ukraynanın baş naziri Oleksiy Qonçaruka başsağlığı məktubu göndərib.
Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, məktubda deyilir:
“Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Ə.Əsədov həmçinin İran İslam Respublikası prezidentinin birinci müavini İshaq Cahangiriyə başsağlığı məktubu göndərib: “Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/eli-esedov-ukraynanin-bas-naziri-ve-i-ranin-birinci-vitse-prezidentine-bassagligi-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR