NATO-nun baş katibi İrana səsləndi

NATO-nun baş katibi İrana səsləndi
20:12 8 Yanvar 2020
134 Dünya
Ölkə mətbuatı
A- A+

NATO-nun Baş katibi Yens Stoltenberq İranın ABŞ hərbi bazalarına endirdiyi hava zərbələrinə münasibət bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, baş katib müvafiq postu özünün "Twitter" hesabında paylaşıb:  

"Mən İranın ABŞ və koalisiya qüvvələrinə qarşı hücumunu pisləyirəm. NATO İranı növbəti zorakı addımlardan çəkinməyə çağırır".

Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ötən gecə ABŞ-ın İraqdakı hərbi bazalarına raket hücumu həyata keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/816308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR