Əsas intiqam hücumunu hələ həyata keçirməmişik - Təhdid BƏYANATI YAYDILAR

Əsas intiqam hücumunu hələ həyata keçirməmişik - Təhdid BƏYANATI YAYDILAR
22:33 8 Yanvar 2020
82 Digər
Ölkə mətbuatı
A- A+

“ABŞ-ın İraqdakı bazalarına endirilən raket zərbələri ilə intiqam hücumlarımız başa çatmayıb”.

Publika. az Anadolu agentliyinə istinadən xəbər verir ki, İranın Baş Qərargahının mətbuat xidmətindən belə açıqlama verilib. Açıqlamaya görə, Vaşinqton intiqam hücumlarının növbəti mərhələsinin irəlidə olduğunu bilməlidir:

“ Bu gün həyata keçirilən hücumlarla intiqam cavabının başa çatdığını düşünmürük. Əsas intiqam elə səviyyədə olacaq ki, amerikalılar bölgədən çıxıb getmək məcburiyyətində qalacaqlar”.

Açıqlamada qeyd olunub ki, son hücumlar ABŞ-ın müdafiə sistemlərinin istənilən səviyyədə olmadığını ortaya qoyub.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/301364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR