Qapıdan gizlincə qulaq asdım - Arvadını yad kişilərlə tutan ər efirə çıxdı

Qapıdan gizlincə qulaq asdım - Arvadını yad kişilərlə tutan ər efirə çıxdı
23:27 8 Yanvar 2020
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Arvadının xəyanət etdiyini iddia edən kişi efirə çıxıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, ARB TV-nin "Elgizlə izlə" verilişinə çıxan Eldəniz adlı kişi həyat yoldaşı təfərindən xəyanətə uğradığını bildirib.

O, vurğulayıb ki, boşanmış qadınla evlənib.

"Onu uşağı olmamağı üstündə boşamışdılar. Biz evlənəndən 5 il sonra övladı oldu.

Uşağımız olandan 8 gün sonra həyat yoldaşımı başqası ilə telefonla danışanda tutdum.

Dedi Moskvada əmimlə danışıram, dayımla danışıram.

Polisə və prokurorluğa müraciət etdim. Dedilər nömrə izlənəcək, lakin bir xəbər çıxmadı", - deyə Eldəniz bildirib.

Həyat yoldaşının xəyanətini bağışlasa da, sonradan yenə də aldadılıb.

"İşdən evə gələndə qapıdan gizlincə qulaq asdım. Gördüm ki, telefonda kimləsə danışır, ağlayır. Ağlaya-ağıaya deyir ki, nə vaxta kimi məni incidəcəksən, özümü öldürəcəyəm".

Eldəniz iddia edib ki, arvadı evlərinin altında xüsusi yer açıb. Evdə adam olmayanda yad kişilərlə həmin yerdə görüşürmüş.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/816079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR