KİV: Koalisiyanın 60-dan çox hərbi maşını Amerikanın Suriyadakı bazasına gəlib

KİV: Koalisiyanın 60-dan çox hərbi maşını Amerikanın Suriyadakı bazasına gəlib
00:32 9 Yanvar 2020
73 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq koalisiyanın 60-dan çox hərbi maşını İraqdan Suriyanın şimal-şərqindəki Kamışlı bölgəsindəki Amerika hərbi bazasına gəlib.
“Report” un məlumatına görə, bu barədə Suriyanın dövlət televiziyası mənbəyə istinadən xəbər verib.
Bundan əvvəl, Suriya dövlət agentliyi "SANA"nın verdiyi məlumata görə, ABŞ hərbçiləri Suriyanın şimal-şərqində İraq istiqamətində yerləşən iki bazanı tərk edib.
Mənbənin sözlərinə görə, zirehli maşınlar və maddi-texniki təchizat daşıyan 60-dan çox avtomobil Kamışlı bölgəsindəki Amerika hərbi bazasına gəlib.
Qeyd olunub ki, bir sıra hərbi maşınlar bazaya gəlmək üçün İraqla sərhəddəki “qanunsuz sərhəd keçidi”ndən istifadə ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ki-v-koalisiyanin-60-dan-cox-herbi-masini-amerikanin-suriyadaki-bazas

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR