Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"

Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"
09:42 9 Yanvar 2020
84 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan-Almaniya arasında münasibətlər heç kimdə şübhə doğurmayacaq qədər aydın, səmimi və yüksək səviyyədədir”. 
Bunu “Report”un Avropa bürosuna açıqlamasında Almaniya Bundestaqının (parlamentinin) hakim Xristian Demokratik Partiyasından deputatı Nikolas Löbel bildirib. 
O qeyd edib ki, qarşılıqlı səfərlər, imzalanan strateji sənədlər və beynəlxalq müstəvilərdə əməkdaşlıq bu münasibətləri daha da möhkəmləndirir. 
Bundestaq üzvü Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyini də bildirib: 
“Heç şübhəsiz ki, Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində hazırkı status-kvonun aradan qaldırılması zəruridir. Təbii ki, beynəlxalq hüquq normaları, ərazi bütövlüyünün pozulmaması şərtilə. Bu mənada biz Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik. Qarabağ Azərbaycana aiddir, Azərbaycanın tərkib hissəsidir. BMT-nin 4 hüquqi sənədi bu ərazilərin Azərbaycana aid olduğunu təsdiqləyir. Biz çox arzulayırıq ki, uzun zamandır davam edən bu münaqişə sona yetsin, Qafqazda sülh bərqərar olsun”, - deyə, deputat vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/almaniya-bundestaqinin-deputati-qarabag-azerbaycana-aiddir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR