İranda 19 nəfər öldü, 24 nəfər yaralandı

İranda 19 nəfər öldü, 24 nəfər yaralandı
09:43 9 Yanvar 2020
55 Ölkə
Ölkə mətbuatı
A- A+

İranın Tehran şəhərindən Gülüstan vilayətinin Kəlalə şəhərinə gedən avtobusun Mazandaran vilayətinin Savadkuh rayonunda dərəyə aşması nəticəsində 18 nəfər həlak olub.

Bu barədə İranın Təcili Yardım Təşkilatı məlumat yayıb.

Təşkilat bildirir ki, hadisə nəticəsində 24 nəfər yaralanıb.

Məlumata görə, yaralılar yaxın şəhərlərdə yerləşən xəstəxanalara yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır. (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/301386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR