Baş nazir: “Gürcüstan tərəfdaş ölkələrlə bölgədə baş verən prosesləri birgə təhlil edir”

Baş nazir: “Gürcüstan tərəfdaş ölkələrlə bölgədə baş verən prosesləri birgə təhlil edir”
11:42 9 Yanvar 2020
47 Digər
Ölkə mətbuatı
A- A+

“Gürcüstan beynəlxalq tərəfdaşlarla birgə bölgədə baş verən prosesləri diqqətlə izləyir”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.
O deyib ki, təhlükəsizlik baxımından Gürcüstanın bütün müvafiq qurumları, həmçinin Xarici İşlər Nazirliyi tərəfdaşlarla sıx əlaqədədir: “Regionda baş verən proseslərin ölkəmiz üçün yarada biləcəyi təhlkükələri tam təhlil etmək üçün tərəfdaşlarla birgə iş aparılır”.
Baş nazir Yaxın Şərqdə yaranan gərginliyin aradan qaldırılması üçün sülh danışıqları və fəal diplomatiyaya alternativin olmadığını qeyd edib: “Ümumi bölgədə istənilən gərginlik həm təhlükəsizlik, həm iqtisadi inkişaf baxımından ciddi problemdir”.

Xəbərin orijinal ünvanı: https://report.az/region/bas-nazir-gurcustan-terefdas-olkelerle-bolgede-bas-veren-prosesleri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR