Məşhur millət vəkilimizin qızı deputatlığa NAMİZƏD OLDU - FOTO

Məşhur millət vəkilimizin qızı deputatlığa NAMİZƏD OLDU - FOTO
11:43 9 Yanvar 2020
132 Digər
Ölkə mətbuatı
A- A+

V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlının qızı Əsli Kazımova da deputatlığa namizəddir.

Publika.az modern.az-a istinadən xəbər verir ki, deputat qarşıdan gələn növbədənkənar parlament seçkilərnə qatılacaq. Bu dəfə özü deyil, qızı ilə. Belə ki, o, qızının namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən fərdi namizəd kimi irəli sürüb.

80 saylı İmişli-Beyləqan seçki dairəsindən bildirilib ki, Xanhüseyn Kazımlının qızı sənədlərini DSK-ya dünən təqdim edib: “Əsli Kazımova deputatlığa namizəd olmaq üçün sənədlərini dünən təqdim edib”.

Qeyd edək ki, Xanhüseyn Kazımli birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/301408.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR