Dmitri Nazarov: "Baş məşqçi mənim güclü tərəflərimi bilir"

Dmitri Nazarov: "Baş məşqçi mənim güclü tərəflərimi bilir"
13:12 9 Yanvar 2020
45 Digər
Ölkə mətbuatı
A- A+

"Yaxşı havadan məşq meydanına və yeməyə qədər burada hər şey var. Əsas vacib məsələ isə yenidən oynaya biləcəyimdir".
"Report"un məlumatına görə, bu sözləri hazırda İspaniyada təlim məşq toplanışında olan Almaniyanın “Ertsgebirge” klubunun futbolçusu Dmitri Nazarov deyib.
Ötən mövsümün onun üçün çətin keçdiyini bildirən Nazarov Bundesliqaya vəsiqə qazanmaq istədiklərini deyib: "2018-2019 mövsümü mənim üçün çətin keçdi. Bəzi səbəblərdən oyun ritmini itirmişdim. Bununla belə, baş məşqçi Dirk Şuster mənim güclü tərəflərimi bilir. Cari mövsümün ilk yarısı bizdə yaxşı alındı. Ancaq bu hər şey demək deyil. Əminəm ki, mövsümün ikinci hissəsində də bunun davamını gətirəcəyik. Yaxşı komandamız və məşqçilər heyətimiz var. Budesliqaya vəsiqə qazana bilməmək mənim kimi, hər bir futbolçunu əsəbiləşdirər. Lakin mən Azərbaycan millisinin heyətində xeyli ulduz futbolçulara qarşı oynamışam. Hansı ki, onları yalnız televizorda görmüşdüm". 
Qeyd edək ki, Nazarovun komandası 18 turdan sonra 29 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/havadan-mesq-meydancasina-ve-yemeye-qeder-burada-her-sey-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR