İranın ölüm qrupu ilə bağlı ŞOK FAKTLAR

İranın ölüm qrupu ilə bağlı ŞOK FAKTLAR
13:33 9 Yanvar 2020
107 Digər
Ölkə mətbuatı
A- A+

5 aprel 2019-cu il tarixində ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilatlar siyahısına salması iki ölkə arasında uzun illərdir davam edən gərginliyi alovlandırdı.

Publika.az xəbər verir ki, gərginliyin fonunda baş verən son olaylar isə SEPAH-ı bir daha gündəmə gətirdi.

SEPAH nədir?

Nə zaman, nə məqsədlə qurulub?

İslam İnqilabı Keşikçiləri Korpusu 1979-cu ildə baş tutan İslam İnqilabından dərhal sonra dini lider Ruhullah Xomeyninin təlimatı ilə 5 may 1979-cu ildə qurulub. Məqsədi isə ölkədaxili nizamı təmin etmək və inqilabı qorumaq olub.

Fəaliyyəti nədən ibarətdir?

İran ordusuna alternativ yaradılan korpus təlimatları birbaşa dini liderdən alır. SEPAH hərbi fəaliyyətlərlə yanaşı, siyasi və iqtisadi sahələrdə də əhəmiyyətli rol oynayır.

Bundan başqa, ağır sənaye, inşaat, petrokimya, avtomatika, bankçılıq, sığorta, ticarət, qida və telekommunikasiya kimi sektorlarda da fəaliyyəti mövcuddur. Əlavə olaraq, özünə aid xəbər agentliyi, qəzet və telekanalları da var.

Neçə min əsgəri var?

Mərkəzi Nyu-Yorkda yerləşən Xarici Münasibətlər Şurasının məlumatına görə, SEPAH-ın tərkibində quru, hava və dəniz qüvvələri qoşunlarını əhatə edən 150 min əsgər var. Müasir silahlara, güclü kəşfiyyat və xüsusi təyinatlı əməliyyat alayına sahib olan korpusun illik 4,7 milyard dollar büdcəsi var.

İnqilab Keşikçilərinin tərkibində bir də yarı-militar, könüllü milis təşkilatı olan "bəsic"lər var. Bu qol 1980-ci ilin noyabrında İran-İraq müharibəsi zamanı Xomeyninin səfərbərlik elanı ilə qurulub. Qanuni olaraq hər hansı quruma bağlı və qeydiyyatları olmayan "bəsic"lər əxlaq polisliyi ilə yanaşı, ölkə daxilindəki müxalifləri yaxından izləyir.

Son günlər gündəmdən düşməyən Qüds xüsusi təyinatlı qüvvələri isə ölkə xaricindəki hərbi, kəşfiyyat əməliyyatlarını yerinə yetirir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/301406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR