Yelena Sidorenko da namizədliyini irəli sürdü - FOTO

Yelena Sidorenko da namizədliyini irəli sürdü - FOTO
15:32 9 Yanvar 2020
172 Ölkə
Ölkə mətbuatı
A- A+

Keçmiş teleaparıcı Yelena Sidorenko da deputatlığa namizədliyini irəli sürüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Yelena namizədliyini 73 saylı Lənkəran şəhər seçki dairəsindən irəli sürüb.

"Rəhmətlik atam 16 yaşım olanda ağır xəstə idi. Hər gün məktəbdən evə qaçıb, onun yeməyini verərdim, ordan da işə qaçardım. Evdə olanda isə universitetə hazırlaşırdım. Atamın bir xahişi var idi: Sidorenko soyadını tanıtdır, layiqli övlad olduğunu sübut et! İlk xahişini yerinə yetirdim, indi də ikincisinin reallaşdırılması üzərində çalışıram. Növbədənkənar parlament seçkilərinə həyat yoldaşımın Eyvazlı soyadı ilə qatılıram. Mənə dəstək verən hər kəsə təşəkkürümü bildirirəm" - Y.Sidorenko bildirib.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.

(adsgarden = window.adsgarden || []).push({});

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/816485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR