Pişik atılmış körpəni donmaqdan xilas etdi

Pişik atılmış körpəni donmaqdan xilas etdi
10:21 17 Yanvar 2015
119 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyanın Kaluqa əyalətində qəribə hadisə baş verib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, Marşa adlı pişik soyuqdan donmaq üzrə olan körpənin həyatını xilas edib. Belə ki, binanın nərdivan boşluğuna atılan uşaq Marşanın köməyi ilə tapılıb. Pişik körpənin qoyulduğu qutuya girərək onun üstündə yatıb və bununla da uşağı şaxtadan qoruyub. 2 aylıq körpə ağlayarkən isə onu yalayaraq sakitləşdirib.

Marşanın qəhrəmanlıqları bununla da bitməyib. O, dayanmadan miyoldayaraq bina sakinlərinin diqqətini çəkməyi bacarıb. Nadejda Makhovika adlı qadın qutuya baxarkən gördüklərinə inanmayıb. Uşağı dərhal xəstəxanaya aparan Nadejda “Körpə bir neçə saat çöldə qalıb. Marşanın sayəsində ona heç nə olmayıb” açıqlamasını verib.

Qeyd edək ki, körpə xəstəxanaya aparılarkən də Marşa onu tək qoymayıb. O, bina sakinləri ilə birlikdə uşağı xəstəxanaya kimi müşayiət edib. Polis körpənin valideynlərinin axtarılması istiqamətində işə başlayıb.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR