Niderlandda mötəbər şahmat festivalı keçiriləcək

Niderlandda mötəbər şahmat festivalı keçiriləcək
15:55 9 Yanvar 2020
66 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İki gündən sonra, dünyanın ən qədim və mötəbər şahmat festivallardan biri olan Veyk-an Ze Şahmat Festivalı (TATA STEEL) Niderlandın eyniadlı şəhərində start götürəcək.

Trend-in məlumatına görə, sayca 82-ci olacaq turnirin iştirakçılarının yekun siyahıları da artıq məlumdur. Keçən il iki şahmatçı ilə təmsil olunduğumuz "Tata Steel Masrers" yarışında bu dəfə ölkəmiz təmsil olunmayacaq. Turnirdə isə dünya çempionu norveçli Maqnus Karlsen, amerikalılar Fabiano Karuana və Vesli So, hindistanlı Vişvanatan Anand, polyak Yan-Kşıştof Duda, "Rus kvarteti" Artemyev, Kovalyov, Vitiuqov və Dubov, çinli Yu Yanyi, FİDE-nin bayrağı altında çıxış edəcək olan eks-iranlı AlirzaFiruja və meydan sahibləri Aniş Giri və Yohan Van Forest çıxış edəcəklər.

"Masters" turnirində təmsil olunmasaq da, Azərbaycanın bir şahmatçısı yarışın ikinci turniri sayılan "Tata Steel Chalangers"-də iştirak edəcək. Bu qrossmeysterimiz Rauf Məmmədovdur.

Qeyd edək ki, "Tata Steel Chalangers"-in qalibi növbəti il üçün "Masters" turnirinə birbaşa qatılmaq hüququnu qazanır. Rauf turnirin üçüncü reytinq favoritidir. Ondan daha böyük reytinqə yalnız ispaniyalı David Quiyarro və İsveç təmsilçisi Nils Qrandelius malikdir. Raufun digər rəqiblərinə gəlincə, bunlar meydan sahibləri Ervin Laami, Yan Smits, Lukas Van Forest və Maks Varmerdam, hind şahmatçılar Surya Qanquli və Nihal Sarin, ukraynalı Pavel Elyanov, özbək Nodirbek Abusattorov, Avstriyanı təmsil edən Anton Smirnov, almaniyalı Vinsent Keymer və qazaxstanlı Dinara Saduakassova olacaqlar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3174965.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR