Oqtay Gülalıyev sabah əməliyyat olunacaq

Oqtay Gülalıyev sabah əməliyyat olunacaq
17:08 9 Yanvar 2020
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yol qəzasında xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyev növbəti dəfə əməliyyat olunacaq.

Publika.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Alı Gülalıyev məlumat yayıb.

Alı Gülalıyev deyib ki, atasının durumunda müsbət irəliləyişlər olmasına baxmayaraq, həkiminin etdiyi ağrıoyadıcıya hələki cavab çox zəif verdiyindən, dünən yox öncəki gün MRİ ediblər:

"Nəticəyə görə beynində akut hidrosefali (kəskin surətdə su artması) yaranıb. Bu səbəbdən sabah tezdən atam növbəti dəfə əməliyyat ediləcək. Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq. İnşAllah əməliyyat uğurlu keçər. Xoş xəbərlər vermək ümidi ilə".

Qeyd edək ki, ötən il oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub.

Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb. O, noyabrın 6-da səhər saatlarında xüsusi ambulans təyyarə ilə İstanbula yola salınıb və orada Avrasiya Xəstəxanasına yerləşdirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/301445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR