Badamdardakı sürüşmənin səbəbi açıqlanıb

Badamdardakı sürüşmənin səbəbi açıqlanıb
17:37 9 Yanvar 2020
46 Digər
Ölkə mətbuatı
A- A+

Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir.
"Report"un xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə bildirib ki, ilkin araşdırmaların nəticələrinə görə sürüşmənin məişət sularının torpağa axıdılması və atmosfer çöküntülərinin təsiri nəticəsində torpaq kütləsinin ağırlaşması səbəbindən baş verdiyi ehtimal olunur.
Araşdırma və müşahidələr davam etdirilir.

*** 12:02
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin saat 12:00-a olan məlumatına əsasən, Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmənin dinamikasında aktivlik qalmaqdadır.
Nazirliyin Mətbuat Xidmətindən "Report"a bildirilib ki, müşahidələr davam etdirilir.
"Bu gün səhər saatlarında baş verən sürüşmənin səbəbləri araşdırılır", - nazirlikdən əlavə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/badamdardaki-surusmenin-sebebi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR