Elman Yusifov vəzifəsindən AZAD EDİLDİ

Elman Yusifov vəzifəsindən AZAD EDİLDİ
20:03 9 Yanvar 2020
87 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov vəzifəsindən azad edilib.

Publika.az-ın məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin yanvarın 9-da keçirilən iclasında qərar qəbul edilib.

Qərarla İnstitutun direktoru vəzifəsinin icrası müvəqqəti olaraq elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədova həvalə edilib.

Bundan başqa, Akademiya şəhərciyinin müdiri Bayram Babayev vəzifəsindən azad edilib. İqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov həmin vəzifəyə təyin olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/301460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR