Antonio Quterreş: "Üzv ölkələr BMT-nin nizamnaməsinə daha ciddi əməl etməlidir"

Antonio Quterreş: "Üzv ölkələr BMT-nin nizamnaməsinə daha ciddi əməl etməlidir"
20:12 9 Yanvar 2020
42 Digər
Ölkə mətbuatı
A- A+

BMT-nin Baş katibi Antonio Quterreş üzv ölkələri təşkilatın nizamnaməsinə daha ciddi əməl etməyə çağırıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının bu məsələyə həsr olunmuş iclasında Baş katib geosiyasi gərginliyin Fars körfəzində təhlükəli həddə çatdığını qeyd edib.
Hazırda gərginliyin təkcə hərbi sahədə yox, həm də iqtisadiyyatda və kiber məkanda da artdığını diqqətə çatdıran təşkilat rəhbəri dünya böyu ixtilaf və qarışıqlıqların baş alıb getdiyi bir vaxtda məhz nizamnamənin beynəlxalq əməkdaşlığın təməli olaraq qaldığını vurğulayıb: “Nifrət və cəzasızlığın tüğyan etdiyi hazırkı dövrdə qanunun aliliyini, insan ləyaqətinin hər şeydən üstün olduğunu bizə nizamnamə xatırladır. Nizamnamənin məramları və dəyərləri sürətli dəyişikliklər və texnoloji inkişaf dövründə də əhəmiyyətini itirmir”.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bmt-bas-katibi-teskilatin-nizamnamesine-emel-etmeye-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR