"Barselona" yenidən PSJ ilə danışığa başladı - Neymara görə

"Barselona" yenidən PSJ ilə danışığa başladı - Neymara görə
20:27 9 Yanvar 2020
84 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" PSJ-nin hücumçusu Neymarın transferindən əl çəkmir.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, tərəflər arasında yenidən danışıqlara start verilib.

Ötən ilin yayında braziliyalını qaytarmaq üçün çox çalışan, lakin buna nail olmayan kataloniyalılar bu dəfə keçidi reallaşdırmaq niyyətindədi. İspanlar PSJ rəhbərliyinə bununla bağlı müraciət ünvanlayıb. Razılıq əldə olunarsa, "Barsa" Neymarı bu qış heyətinə qatmaq istəyir. Fransızlar buna razılıq verməsələr, o zaman Neymarı mövsümün sonunda 180 milyon avroya transfer etmək mümkün olacaq.

Qeyd edək ki, Neymar özü də "Barselona" ilə danışıq aparır və futbolçu sabiq komandasına qayıtmağa hazırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/816406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR