Əli Kərimli yenidən özünü sosial şəbəkələrdə gülünc vəziyyətə saldı

Əli Kərimli yenidən özünü sosial şəbəkələrdə gülünc vəziyyətə saldı
20:29 9 Yanvar 2020
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın radikal müxalifətinin müxalifətçilik barədə çox qəribə təsəvvürləri var. Məsələn, onlarda elə fikir formalaşıb ki, hakimiyyəti tənqid etmək, onun bütün təşəbbüslərinə qarşı çıxmaq müxalifət titulunu almaq üçün kifayətdir.

Azərbaycan isə öz müstəqil və fəal həyatını davam etdirir, dünyada öz nüfuzunu artırır və bərabərlik, qarşılıqlı hörmət prinsipləri əsasında yeni tərəfdaşlar qazanır.

Əli Kərimli və ya Cəmil Həsənlinin simasında “Milli Şura”dan olan radikallar bu cür aşkar məğlubiyyətlə barışa bilmir. Amma reallıq ondadır ki, radikal müxalifət qabiliyyətsiz və satqındır. O, əhalini nəyəsə inandırmaq iqtidarında deyil, onların gözləntiləri xaricdə fəaliyyət göstərən və bu tör-töküntülərlə əməkdaşlıq etməyə məcbur olan anti-Azərbaycan mərkəzlərlə bağlıdır. Bütün bunların sadə izahı var.

Məsələ ondadır ki, Azərbaycanda özünəhörmət istənilən partiyanı öz adını ləkələməkdən çəkinərək başqa ölkələrdə “yanğınlar” törətməkdə maraqlı şəxsləri yaxına buraxmayacaq.

Bugünkü gün üçün Əli Kərimli və Cəmil Həsənlinin “strateji tapşırığı” xarici sponsorları onlara pul verməyi davam etdirməyə inandırmaqdır. Bu fikri reallaşdırmaq asan deyil. Aydındır ki, xarici sponsorlar heç də səfeh deyil və təbii olaraq Azərbaycandakı vəziyyətdən xəbərdardırlar. Maraqlıdır ki, saxta vətənpərvərlərin bütün səyləri dövlət siyasətinə qarşı yönəlmiş absurd bəyanatlardan çəkinməyən bir qrup siyasətçinin cəmiyyətdə qabardılmasına yönəlib.

Məsələn, ötən gün Avropa Parlamenti bəyan edib ki, Azərbaycanda fevralın 9-a təyin olunmuş növbədənkənar seçkiləri müşahidə etməyəcək.

Bəyanatda bildirilir ki, Avropa Parlamentinin və ya onun strukturlarının heç bir üzvü Avropa Parlamenti adından seçki prosesini izləmək və ya şərh vermək hüququna malik deyil.

Bir sözlə, Avropa Parlamenti bu faktla bağlı münasibətini bildirib. Bu konkret vəziyyətdə Əli Kərimlinin dərhal öz səhifəsində guya “Milli Şura”nın “fəaliyyəti” sayəsində Avropa Parlamentinin seçkiləri müşahidə etməkdə imtina etməsi barədə yersiz çıxışı gülüş doğurur.

Qeyd etmək lazımdır ki, rəsmi Bakı Avropa Parlamentinə müşahidəçilərlə bağlı dəvət yollamayıb.

Məlumdir ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Azərbaycan Avropa Şurası, ATƏT, ATƏT DTİHB və digər nüfuzlu beynəlxalq təşkilatlara dəvət göndərib və onlar da dəvəti qəbul edib. Ona görə, bəzi sosial şəbəkə sevərlərin “fəallığı” kifayət qədər gülünc və yersiz görünür.

Radikal müxalifətin xalqa vəd etdiyi bütün “rifah”lar məlumdur. Məhz Əli Kərimli kimi qabiliyyətsiz lovğalar kütləyə nizamsızlıq, xaos, qarmaqarışıqlıq yeritməyə çalışır. Amma bədbəxtlikdən radikalların xalqın gözünə kül üfürmək səyləri əbəsdir. Azərbaycan xalqı müdrik və uzaqgörən siyasətçinin yürütdüyü dövlət siyasətini dəstəkləməklə öz seçimini çoxdan edib. Belə görünür ki, bu reallıq saxta vətənpərvərlərin həyatını ciddi şəkildə zəhərləyir.

Trend-in siyasət şöbəsi

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3175018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR