Azərbaycanın voleybol yığması ikinci görüşündə də məğlub olub

Azərbaycanın voleybol yığması ikinci görüşündə də məğlub olub
21:02 9 Yanvar 2020
51 Digər
Ölkə mətbuatı
A- A+

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Vasif Talıbovun baş məşqçi olduğu komandanın ikinci rəqibi Bolqarıstan yığması olub.
Niderlandın Apeldorn şəhərində keçirilən oyun yığmanın 1:3 (23:25, 19:25, 25:21, 22:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb. Azərbaycan millisi ilk görüşdə meydan sahiblərinə 0:3 hesabı ilə uduzub.
Günün digər görüşündə Niderland Polşaya qalib gəlsə, qrup lideri kimi yarımfinala çıxacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrupda sonuncu qarşılaşmasını yanvarın 10-da Polşa kollektivinə qarşı keçirəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycanin-voleybol-yigmasi-ikinci-gorusunde-de-meglub-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR