Land Rover Defender modelini dəbdəbəli "yaxtaya" çeviriblər - FOTO

Land Rover Defender modelini dəbdəbəli "yaxtaya" çeviriblər - FOTO
21:05 9 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada fəaliyyət göstərən Overfinch atelyesi Land Rover Defender modelinin kolleksiya nəşrini təqdim edib. Açılan tavana malik olan ikiyerli ofrouderi 6,2-litrlik V8 mühərriki ilə təchiz edərək, onun yük bölümünü yaxtaların göyərtəsinin tərtibatında istifadə edilən tik ağacı ilə örtüblər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, kolleksiya modeli klassik Land Rover Defender 90 modelinin bazasında inşa edilib.  Təkmilləşdirmədən sonra ofrouder arxa oturacaq cərgəsindən məhdum olub, kuzovun Emerald Green zümrüd rənginə, yumşaq tavan bərkidilən quraşdırılmış təhlükəsizlik karkasına, tik ağacı ilə örtülmüş baqaj bölümünə və qiymətli əşyaların saxlanması üçün nəzərdə tutulmuş bağlanan qutuya sahib olub.

Overfinch atelyesi ofrouder GM istehsalı olan 6,2-litrlik səkkizsilindrli mühərrik ilə təchiz edib. Tüner mühərrikin güc xarakteristikalarını açıqlamasa da, aqreqatın 450 at qüvvəsi hasil etdiyi söylənilir. Atelye nümayəndələri ofrouderin maksimal sürət həddinin 177 km/saata yüksəldiyini bildiriblər. Xatırladaq ki, adi LR Defender modelinin maskimal sürəti 145 km/saat təşkil edir.

Tüninq keçmiş ofrouderin digər seçilən cəhətləri arasında mühərrikin karbon üzlüyünü, paslanmayan poladdan hazırlanmış buraxılış sistemini, Recaro idman oturacaqlarını, xrom ilə örtülmüş qapı dəstəklərini, ötürmələr qutusunun dəstəyini, pedalları və cihazların haşiyələrini göstərmək olar. Təkmilləşdirilmiş "Def" 239.900 funt sterlinqə satılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/809962.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR