Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir
21:08 9 Yanvar 2020
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İrqçiliklə Mübarizə üzrə Avropa Şəhərlər Koalisiyasının prezidenti Benedetto Zakçirolidən Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırır, Yeni ilinizi təbrik edirəm.

Sizi, həmçinin rəhbəri olduğum, irqçilik və ayrı-seçkiliklə mübarizə kimi ümumi məqsəd ətrafında birləşən şəhərlər şəbəkəsinə daxil olan 500-dən çox şəhərin adından təbrik edirəm.

Qlobal Bakı Forumunda iştirak üçün iki il ərzində ardıcıl olaraq Azərbaycana səfər etməkdən, həmçinin 2020-ci ildə ölkənizə dəvət olunmaqdan şərəf hissi duyuram.

Sizin rəhbərlik etdiyiniz ölkə ildən-ilə inkişaf edərək, dünyanın və bəşəriyyətin taleyi barədə düşünən, sülh və dialoq naminə birgə səy göstərərək mədəni müxtəlifliyə hörmətlə yanaşan çoxsaylı insanların bir araya gəldiyi məkana çevrilib.

Sizinlə bu ilin mart ayında yenidən görüşmək ümidindəyəm".

XXX

Qlobal Tərəfdaşlıq Forumunun sədri Əmir Dossaldan:

"Hörmətli cənab Prezident. Azərbaycanın uzaqgörən və müdrik rəhbəri kimi Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizə sülh, firavanlıq və tərəqqi arzulayıram.

Həmçinin Sizi planetin gələcəyi naminə beynəlxalq müzakirələrin aparıldığı nüfuzlu platformaya çevrilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əldə etdiyi möhtəşəm nailiyyətlərə görə təbrik edirəm".

XXX

Runımiyanın sabiq Baş naziri Petre Romandan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizi təbrik edir, Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram. Azərbaycan dövləti Sizin rəhbərliyinizlə dünyada böyük nüfuz qazanıb. Bu nüfuz məhz Sizin uzaqgörən siyasətiniz və əsl vətənpərvər kimi mövqeyiniz sayəsində mümkün olub.

Ölkənizin qazandığı möhtəşəm uğurlar, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əldə etdiyi müvəffəqiyyətlər münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Əminəm ki, gələcəkdə bu təşkilat çərçivəsində daha fəal müzakirələr aparılacaq”.

XXX

Andorranın sabiq Baş naziri Oskar Ribas Reyqdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: “Zati-aliləri cənab Prezident. Doğum gününüz münasibətilə ən xoş arzularımı qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Gənc təşkilat olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əldə etdiyi möhtəşəm nailiyyətlər münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram”.

XXX

“ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: “Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun rəhbərliyi və kollektivi adından ən səmimi təbriklərimizi qəbul edin.

Sizin uzaqgörən siyasi xadim keyfiyyətləriniz, perspektiv və cari məqsəd və hədəfləri müəyyənləşdirərkən geniş düşüncə tərziniz, bu məqsəd və hədəflərə çatmaqda əzmkarlığınız Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifədə uğurlu fəaliyyətinizi təmin edir.

Əminəm ki, Sizin milli lider və dövlət xadimi istedadınıza, ensiklopedik biliklərinizə, insan və vətəndaş kimi bir çox digər məziyyətlərinizə Azərbaycan Respublikasının qüdrətinin möhkəmlənməsi və onun vətəndaşlarının rifahının yüksəldilməsi yolunda bundan sonra da hələ uzun illər ehtiyac duyulacaqdır.

Doğum gününüz münasibətilə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, gözəl ölkənizin əməksevər xalqının firavanlığı naminə yeni böyük zəfərlər diləyirik”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3174918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR