Millimiz Bolqarıstana uduzdu

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində ikinci oyununu keçirib.

Metbuat.az xəbər verir ki, A qrupunda yer alan Vasif Talıbovun komandası Bolqarıstanla üz-üzə gəlib. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz ilk turda Niderlanda 0:3 hesabı ilə məğlub olub. Qrupun digər görüşündə Niderland Polşaya qalib gəlsə, qrup lideri kimi yarımfinala adlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR