Britaniyanın İcmalar Palatası “Brexit” üzrə sazişi bəyənib

Britaniyanın İcmalar Palatası “Brexit” üzrə sazişi bəyənib
23:57 9 Yanvar 2020
68 Digər
Ölkə mətbuatı
A- A+

Britaniya parlamentinin İcmalar Palatası Birləşmiş Krallığın Avropa Birliyindən çıxışı haqqında razılaşmanı təsdiqləyib.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Razılaşmanın lehinə 330 deputat səs verib. Parlamentin 321 üzvü buna qarşı çıxıb. Sənəd yuxarı palatanın müzakirəsinə təqdim edilib, bundan sonra kraliçanın razılığını almalıdır.
Əgər Lordlar Palatası da qanun layihəsini təsdiq etsə, onda Britaniya yanvarın 31-də Avropa Birliyini tərk edəcək.
“Brexit”dən sonra 2020-ci ilin sonuna kimi davam edəcək keçid dövrü başlanacaq. Bu dövr ərzində London və Brüssel bütün sferalarda sonrakı əməkdaşlıq formatlarını formalaşdırmalıdır.
“Report” xatırladır ki, Britaniya ötən əsrdə Avropa Birliyinə üzvlük üçün iki dəfə müraciət edib. Lakin Fransanın sabiq prezidenti Şarl de Qoll Londonun amerikapərəst siyasətini əsas gətirərək, Londonun birliyə üzvlüyünə veto qoyub. Bu səbəbdən də Britaniyanın birliyə üzvlüyü bir neçə il yubanıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/britaniyanin-i-cmalar-palatasi-brexit-uzre-sazisi-beyenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR