AFR-də miqrantı güllələyiblər

AFR-də miqrantı güllələyiblər
04:32 10 Yanvar 2020
76 Dünya
Ölkə mətbuatı
A- A+

Alman polislərinə bıçaqla hücum edən kişinin bu hərəkəti ona həyatı bahasına başa gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Helzenkirhen şəhərində polis məntəqəsinin lap qarşısında bir polis əməkdaşına hücum etmək istəyən 37 yaşlı miqrant asayiş keşikçiləri tərəfindən güllələnib.

Bu şəxs əvvəlcə əlindəki ağacla polis-patrul maşınına zərbə endirib. Maşından çıxan polislər onun sakitləşdirməyə çalışıb, o isə əməllərini davam etdirib. Naməlum şəxs cibindən bıçaq çıxarıb polisə hücum edəndə atəş açaraq ona zərərsizləşdiriblər.

İstintaq burada iki versiyanı araşdırır: hücum edən şəxs ya ruhi pozuntudan əziyyət çəkir, ya da terror aktı törətmək istəyirmiş.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/816432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR