Millimiz Bolqarıstana da uduzdu

Millimiz Bolqarıstana da uduzdu
09:27 10 Yanvar 2020
61 İdman
Ölkə mətbuatı
A- A+

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində bu gün ikinci oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, A qrupunda yer alan Vasif Talıbovun komandası Bolqarıstanla üz-üzə gəlib. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, bolqarların qrupda son oyunu olub. Onlar ilk turda Polşaya 1:3, 2-ci turda isə meydan sahibi Niderlanda 0:3 hesabı ilə uduzub.

Komandamız isə ilk turda Niderlanda 0:3 hesabı ilə məğlub olub.

Qrupun digər görüşündə Niderland Polşaya qalib gəlsə, qrup lideri kimi yarımfinala adlayacaq.

9 yanvar

19:00. Bolqarıstan - Azərbaycan - 3:1 (25:23, 25:19, 21:25, 25:21)
Apeldorn (Niderland), "Omnisport" salonu

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/816633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR